İkinci sinif şagirdləri Respublika gününü qeyd etdilər
28.05.2016 tarixində məktəbimizin 2c sinif şagirdləri müəllimləri T. İsmayılova ilə birlikdə Respublika günü münasibəti ilə Ulu öndərimiz Heydər Əliyevin qəbirüstü abidəsini ziyarət edərək gül-çiçək dəstələri qoydular. Təranə müəllimə Ulu öndərin keçdiyi həyat yolu haqqında şagirdlərə ətraflı məlumat verdi. Sonra şagirdlər Şəhidlər xiyabanını ziyarət etdilər. Vətən uğrunda canlarını qurban verən şəhidlərin xatirəsini ehtiramla yad edən şagirdlər Vətəni onlar kimi sevəcəklərinə söz verdilər.