Məktəbimizdə "Açıq dərs" layihəsi həyata keçirildi

24-25 may 2016-cı il tarixləridə Bakı şəhərinin 12 rayonu üzrə təhsildə uğurlu nəticələr əldə etmiş qabaqcıl, yüksək nailiyyətlər qazanmış müəllimlərin təcrübələrini digər həmkarları ilə bölüşməsi məqsədi ilə “Açıq dərs” layihəsi həyata keçirildi.Nəsimi rayonu üzrə bu layihənin həyata keçirilməsi üçün bizim məktəbimiz seçilmişdir. Layihə proqrama uyğun olaraq uğurla həyata keçirildi.Açıq dərslər başlamazdan əvvəl Nəsimi rayonu üzrə məktəblərdən dəvət olunan müəllimlərin iştirakı ilə iclas keçirildi. İclasda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İnkişaf layihələri sektorunun müdiri Lamiyə Şərəfxanova və idarənin digər nümayəndələri də iştirak etdilər. İclasda çıxış edən məktəbin direktoru Esmira Məmmədova qonaqları salamladıqdan sonra məktəbin son illərdə əldə etdiyi uğurlardan söz açdı. Məktəbin 2008 və 2013 – cü illərdə “Ən yaxşı məktəb” müsabiqəsinin qalibi olduğunu bildirən direktor ardıcıl olaraq TQDK – nın statistik hesabatında tələbə qəbulunun nəticələrinə görə yaxşı məktəblər sırasında olduğunu qonaqların diqqətinə çatdırdı.BŞTİ – nin sektor müdiri Lamiyə Şərəfxanova çıxışı zamanı “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bilik günündə Bakı şəhəri 148 nömrəli məktəbin açılış mərasimindəki nitqindən irəli gələn vəzifələrin icrası barədə” Azərbaycan Respublikasının Təhsil nazirinin 19 oktyabr 2015-ci il tarixli əmrinin icrasını təmin etmək məqsədilə “Açıq dərs”lərin keçirildiyini bildirdi. Çıxışlardan sonra 240 nömrəli məktəbdə riyaziyyyat, fizika, informatika, kimya və biologiya fənləri üzrə açıq dərslər keçirilib. 5 sinifdə riyaziyyat, 3 sinifdə fizika, 2 sinifdə iinformatika,1 sinifdə kimya və 3 sinifdə biologiya fənləri üzrə açıq dərslər təşkil olunundu. Açıq dərslər V-VIII siniflər üzrə kurikulumun tətbiq edildiyi siniflərdə həyata keçirildi. Açıq dərslər bitdikdən sonra hər fənn üzrə ayrılmış otaqlarda açıq dərslərin müzakirəsi keçirildi. Müzakirə zamanı müəllimlər arasında fikir mübadiləsi aparılaraq açıq dərsi aparan müəllimlərin məqsədlərinə nail olub olmadığı barədə araşdırma aparıldı. Layihə müəllimlər tərəfindən çox bəyənildi və belə layihələrin tez-tez keçirilməsi təklif olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi