"Vətən şəhidlərini unutmur" mövzusunda tədbir keçirildi

Nəsimi rayonu 240 №li tam orta məktəbdə "Vətən şəhidlərini unutmur" adlı ədəbi-bədii gecə keçirildi. Gecə 2-5 aprel tarixlərində Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş döyüş qarşıdurmasına həsr olunmuşdu. Tədbir şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Tədbirdə məktəbin direktoru E.Məmmədova çıxış etdi:O, Ali Baş Komandanımızın mətin, qətiyyətli, əzimkar mövqeyinin vətəndə və digər ölkələrdə yaşayan azərbaycanlılarda böyük coşqu yaratdığını,vətəndaşların öncəbhəyə kömək üçün müraciətlərinin,mətbuatda yayılan görüntü və yazıların xalqımızın Azərbaycan dövlətinin,Azərbaycan ordusunun yanında olduğunu bir daha sübut etdiyini şagirdlərin nəzərinə çatdırdı.Tədbirdə şagirdlərimiz seirlər söylədi, vətənpərvərlik mahnıları ilə çıxış etdilər. Sonda vətən uğrunda canından keçmiş qəhrəmanlara həsr olunmuş slayd-şou nümayiş etdirildi. Vətən uğrunda şəhid olmuş əsgərlərimizə Allahdan rəhmət diləyirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi