“Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi”ndə II dərəcəli diploma layiq görülmüş şagirdlərimiz təltif olundu

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 22 yanvar 2016-cı il tarixli 28 nömrəli əmri ilə elan edilmiş “Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi”nin I, II, III və xüsusi dərəcəli diplomlarına layiq görülmüş məktəblilərin tətif edilmə mərasimi keçirilib. Təltifetmə mərasimi Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təşkil olunmuşdur. Mərasimində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məmmədəli Kəsəmənli, Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun müdiri Afiq Əzizov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı, Universitetin prorektoru Qasım Məmmədov, dekan Fəttah Həşimov, kafedra müdiri Yunis Qəhrəmanov, kimya elmləri doktoru Sevinc Məmmədxanova, Bakı Şəhəri 34 nömrəli Texniki Yaradıcılıq Mərkəzinin direktoru Həsən Qaralov iştirak etmişlər.Təltif olunan komandalar arasında məktəbimizin gənc kimyaçılardan ibarət komandası da var. Müsabiqədə uğurla çıxış edən komandamız II dərəcəli diploma layiq görülmüşdür. Şagirdlərimizi təbrik edir, uğurlarının davamlı olmasını arzu edirik.