Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə məktəb iməcliyi keçirilmişdir.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə keçirilən tədbirlərin davamı olaraq Nəsimi rayon ərazisində ümumrayon iməciliyi keçirilmişdir. Bu iməclikdə məqsəd rayon ərazisində ətraf mühitin mühafizəsinə töhfə vermək yaşıllıq zolaqlarını daha da genişləndirmək, şəhərin ekoloji tarazlığını bərpa etmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etmək olmuşdur. 10 may günündə məktəbimizdə keçirilən iməcilikdə məktəbin kollektivi və şagird heyəti həvəslə iştirak etmiş, məktəbin həyətində abadlıq işləri görmüş, çoxlu ağac və gül əkmişlər.