Şagirdlərimiz "Qala Tarix-Etnoqrafiya Qoruğu"na səyahət etdilər

Mənalı bir istirahət gunu Qala kəndinə səyahətlə yadda qaldi. Məktəbimizin şagirdləri tariximizi daha dərindən öyrənmək, tarix kitablarından oxuduqlarını öz gözləri görmək üçün Qala kəndinin ərazisində yaradılmış Qala Tarix-Etnoqrafiya Qoruğunu qarış-qarış gəzdilər. 1,2 hektar sahəyə malik olan bu qoruq 2008-ci ildə yaradilib. Burada eramizdan əvvələ aid olan duluzçuluq və dəmirçiliklə bağli nümunələr, saxsı qablar, kurqanlar, ocaq izləri, qəbirlər, daş kitabələr Azərbaycanın qədim tarixindən soraq verir.Bələdçinin maraqli söhbətləri şagirdlər tərəfiindən maraqla qarşilandı. Keçmişə maraq, onu öyrənmək həvəsi şagirdlərin bələdçiyə verdiyi suallarda oz əksini tapirdi.Bu maraqlı səyahət uzun illər şagirdlərin yaddaşından silinməyəcək.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi