İstedadlı şagirdin rəsm sərgisi keçirildi

Məktəbimizdə gənc rəssamların sərgilərinin təşkili bir ənənə halını alıb. Məktəbimizin 7a sinif şagirdi Əliyeva Aydanın rəsmlərindən təşkil olunmuş sərgi də müəllim və şagirdlər tərəfindən maraqla qarşılandı. Aydanın rəsm çəkməyə həvəsi hələ uşaq yaşlarından özünü göstərmişdir. Valideynlərinin dediyinə görə, Aydan boş vaxtlarında həmişə şəkillər çəkməklə, kağızdan oyuncaqlar düzəltməklə məşğul olmağı çox sevirdi. Hal-hazırda Aydan öz üzərində ciddi çalışır və bu işdə ona məktəbin rəsm müəlliməsi Təranə xanım köməklik göstərir. Aydana dərslərində və sevdiyi rəssamlıq sənətində uğurlar arzu edirik.