Şagirdlərimiz intellektual yarışmada fərqləndilər

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi istedadlı uşaqların iştirakı ilə hər il Azərbaycanın əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik, oftalmoloq alim Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş müsabiqələr keçirir. Bu il də Zərifə xanım Əliyevanın 93-cü il dönümü ərəfəsində ölkənin şəhər və rayonlarını təmsil edən komandaların iştirakı ilə istedadlı uşaqların "Qələbəyə doğru" kuboku uğrunda intellektual yarışması keçirildi. Bu yarışmada məktəbimizi 10-cu sinif şagirdləri Güldəstə Mehdiyeva və Çingiz Qarayev təmsil etdilər. Şagirdlərimiz yarışmada fəal iştiraklarına görə diplomla mükafatlandırıldılar.