“1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü” münasibətilə asfalt üzərində rəsm müsabiqəsi keçirildi
“1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü” münasibətilə məktəbimizin həyətində asfalt üzərində rəsm müsabiqəsi keçirildi. Şagirdlər asfalt üzərində müxtəlif mövzularda rəngarəng rəsmlər çəkdilər. Müsabiqənin sonunda qaliblər mükafatlandırılaraq diplomlarla təltif edildilər.