“TƏBİƏT ONU SEVƏNLƏRİNDİR “ adlı tədbir keçirildi

19 may 2016-cı ildə məktəbdə “Təbiət onu sevənlərindir “ adlı yekun tədbir keçirildi. 2016-cı tədris ilinin əvvəlindən məktəbin 2a sinfində şagirdlərin iştirakı ilə “Təbiəti sevək və qoruyaq- Təbiət zərrəsiyik ” sərgi , “Təbiəti öyrənək”, “Təbiət Qoynunda” layihələrinin icrasına start verilmişdir. Bu layihəni həyata keçirməkdə əsas məqsəd şagirdlərin təbiətə olan sevgilərini artırmaq, hər zaman təbiəti qorumağa səsləməkdir. Eyni zamanda şagirdlərin təbiətə aid əl işləri, inşa yazıları, rollu səhnələri, şeirləri özlərinin, yaşıdlarının təbiətə borclu olduqlarını anlatmaqdır. Bu layihə şagirdlərdə bu fikri aşılayır ki, bu gün təbiətə qarşı atdığımız səhv addım sabah bizim özümüzü cəzalandıracaq. Onlar anlayır ki, ana Təbiət elə ana Vətən kimi bizə əzizdir. Layihənin uğurla başa çatması münasibətilə keçirilən tədbirdə Bakı şəhəri üzrə Təhsil idarəsi Məktəbdənkənar fəaliyyətinin təşkili Sektorunun əməkdaşı - Rövşən Əliyev, Nərimanov-Nizami rayonu Metodik Mərkəzin əməkdaşı Tahirə xanım və mətbuat işçiləri iştirak edirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi