Xocalı harayı


             Xocalı faciəsinin iyirmi səkkizinci ildönümü münasibəti ilə məktəbdə "Xocalı harayı" adlı ədəbi-bədii kompozisiya  təqdim olundu.  İştirakçılar tarixə nəzər salaraq,  1905-1907-ci illər, 1918-ci ilin "Mart soyqırımı", 1948-1953-cü illərin deportasiyası, nəhayət əsrin sonlarında "20 yanvar" qırğını və Xocalı soyqırımı  qurbanlarınının xatirəsini andılar. 

Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir deyən Ulu Öndərimiz  hər biz azərbaynlıya  bu soyqırımı unutmayaq deyə müraciət etmişdir.

Şagirdlər bütün millətlərin və xalqların analarına "Öz haqq səsinizi yüksəldin!" söyləyərək müraciət etdilər!  Tədbir şagirdlərin xorla ifa etdikləri "And içirik" mahnısı ilə başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi