Məktəblilər çörək zavodunda

Məktəbin 1d sinif şagirdlərinin  “Gilan Holding” MMC №1 çörək zavoduna ekskursiyası təşkil olunmuşdur.

Xatırladaq ki,“Nömrə 1” Çörək zavodunda müasir və ən son alman texnologiyasına əsaslanan bişirilmə üsullarından istifadə olunur. Zavodda quraşdırılan müasir avadanlıqlar istehsal prosesinin tam avtomatlaşdırılmış qaydada aparılmasına imkan verir. Burada beş çörək istehsal xətti, qablaşdırma xətləri, xammalın qablaşdırılması və avtomatik qoruyucusu olan anbar dəstək sistemləri quraşdırılıb.

 

Birincilər sanitar-gigiyenik normalara və yüksək keyfiyyət standartlarına cavab verən istehsalat prosesləri ilə tanış olub, “Nömrə 1” çörək zavodunda hazırlanan çörək və un məmulatlarının nümunələrinə baxıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi