“Şən startlar” yarışı keçirildi

11 oktyabr 2019-cu il tarixində I-IV siniflərdə fiziki tərbiyə dərsinə maraq hissini aşılamaq məqsədi ilə IV sinif şagirdləri arasında “Şən startlar” yarışı keçirildi. Yarış Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə açıq elan olundu. Daha sonra dörd mərhələdən ibarət yarışa start verildi. Şagirdlər böyük həvəslə və maraqla yarışda mübarizələrini davam etdirdilər. Böyük coşğuyla davam edən mübarizədə I yerə IV “A”,  II yer IV “C”  və III yerə isə IV “B” sinif şagirdləri layiq görüldü. Qalib sinif müəyyən olunduqdan sonra məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Əliyev Nazim və fiziki tərbiyə müəllimləri şagirdləri təbrik edərək onlara dərslərində uğurlar arzuladılar. Həmçinin fiziki tərbiyə dərsinə marağı daha da artırmaq və sağlam həyat tərzi keçirmək  üçün bu cür yarışların tez-tez keçirilməsini tövsiyyə etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi