Yeni Azərbaycan Partiyasının məktəb təşkilatının iclası keçirildi

8 oktyabr 2019-cu il tarixində Yeni Azərbaycan Partiyasının məktəb təşkilatı yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq iclas keçirdi. İclasda məktəb kollektivi və Yeni Azərbaycan Partiyasının Xəzər rayon şöbəsinin sədr müavini Məmmədov İlham iştirak edirdi. İlk öncə Məmmədov İlham, müəllim kollektivini yeni dərs ili və müəllimlər günü münasibəti ilə təbrik etdi, onlara bu çətin və şərəfli yolda uğurlar arzuladı. Daha sonra ölkənin inkişafında Yeni Azərbaycan Partiyasının mühüm rolundan və partiyanın fəaliyyəti haqqında geniş məlumat verdi. Həmçinin YAP-nın Xəzər rayon şöbəsinin üzvlərinin aktivliyindən, hər zaman partiyanın inkişafında fəal rol oyandıqlarından bəhs etdi. 
Sonra məktəb direktoru Qurbanova Təranə çıxış edərək məktəb kollektivinin əksəriyyətinin YAP-na üzv olduğunu qeyd etdi. O da öz çıxışında partiyanın fəaliyyətindən və ölkənin bu gün sabit vəziyyətdə olmasında Yeni Azərbaycan Partiyasının mühüm rolu olduğunu qeyd etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi