Son zəng tədbiri keçirildi

Hər il olduğu kimi bu il də buraxılış günü münasibəti ilə ənənəvi olaraq  məktəbdə son zəng tədbiri keçirildi. Tədbirdə məktəbin müəllim-şagird kollektivi, onbirincilərin valideynləri və məktəbin fəxri məzunları iştirak edirdilər. 

Tədbir açıq elan edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Aparıcılar ilk sözü məktəbin direktoru Təranə Qurbanovaya verdilər. O, onbirinciləri təbrik edərək onlara gələcək həyatlarında uğurlar  arzuladı. Tədris hissə müdiri Nazim Əliyev və tərbiyə işləri üzrə direktor müavini Əkbərova Bahar məzunları təbrik edərək onlara müvəffəqiyyətlər arzuladılar.  

Onbirincilər üçün “Son zəng” səsləndikdən sonra məktəbin simvolik açarı təqdim olundu. Məzunların ürəklərindən gələn şeirlər, müxtəlif rəqslər, mahnılar bir – birini əvəz etdi. Məzunlar öz həyacan və sevinclərini müəllim və valideynləri ilə bölüşdülər. Onbirincilərin sinif rəhbərləri çıxış edərək məzunları təbrik etdilər və bu təbriklərə onların ibtidai sinif  müəllimləri də qoşuldular. Onlar müəllimlərə minnətdarlıqlarını gül dəstələri təqdim etməklə bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi