Vətənpərlik və Hərbi vətənpərvərlik tərbiyəsi

12 aprel 2016-cı il tarixdə 236 nömrəli tam orta məktəbdə "Məktəblilərin Vətən qarşısında vəzifəsi", "Baba və atalarımızın keçdiyi qəhrəmanlıq yolları", "ermənilər Azərbaycan xalqının düşmənidir", "Ordumuzla fəxr edirik" və "Vətən qəhrəmanlarını unutmur" mövzusunda geniş tədbir keçirildi. Tədbirdə Səbail rayonun İcra Hakimiyyətinin, Rayon Polis İdarəsinin, Müdafiə Nazirliyinin, Qəsəbədə yerləşən hərbi hissənin zabit və əsgərləri, rayon veteranlar birliyinin üzvləri, şəhid ailələri, bələdiyyə üzvləri iştirak etdilər. Tədbir Azərbaycan televiziyasının tərəfindən işıqlandırıldı. Şagirdlərin hazırladıqları səhnəciklər, Vətənpərvərlik mövzusunda ifa olunan mahnı və şeirlər, ədəbi kompozisiyalar iştirakçılar tərəfindən rəğbətlə qarşılandı. Tədbirin sonunda şagirdlər tərəfindən hazırlanmış divar qəzetləri və bülletenlərə baxış keçirildi, qəsəbədə yerləşən Şəhidlər abidəsinin önünə gül dəstələri qoyuldu.