31 mart Azərbaycanlıların Soyqırımı Günü

31 mart 2016-cı il tarixldə Səbail rayonu 236 №-li tam orta məktəbdə “31 mart Azərbaycanlıların Soyqırımı Günü” nə həsr olunmuş tədbir keçirildi. Əvvəlcə soyqırım qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Xanlar İmaməliyev açdı. O, qeyd etdi ki, ermənilər tərəfindən xalqımıza qarşı əsrlər boyu soyqırım törədilmişdir. Azərbaycanlıların soyqırımna ilk dəfə siyasi qiymət verən Ümummili Liderimiz Heydər Əliyevin bu tarixi addımını ədalətin üzə çıxarılmasına xidmət etdiyi vurğulandı. Məktəbin tarix müəllimi Rövşanə İsmayılova soyqırım haqqında ətraflı məlumat verdi. O, qeyd etdi ki, xüsusilə 1918-ci ilin martın 31-də erməni ordu birləşmələri himayədarlarının köməkliyi ilə Azərbaycanlılara qarşı tarixdə misli görünməmiş soyqırımı həyata keçirərək insanları vəhşiliklə qətlə yetirmiş, Bakı, Şamaxı, Quba, Gəncə, Lənkəran və bir sıra rayonlarda qətliamlar törətmişlər. Ulu Öndərimiz Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə hər il mart ayının 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Tədbirin sonunda məktəblilər soyqırıma aid şeirlər söylədilər, bayatılar ifa etdilər.