Ölkəmizi tanıyaq

“Ölkəmizi tanıyaq” tur layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasına səfər edən şagirdlər arasında 236 saylı tam orta məktəbdən də 5 nəfər şagird iştirak etmişdir. Martın 16-da başlayan layihə martın 19-da başa çatmışdır. Bayram xonçaları və hədiyyələrlə Naxçıvana səfər edən şagirdlərimiz orada çox isti qarşılandıqlarını bildirdilər. Onlar Naxçıvan şəhəri və digər rayonlarda olmuş, tarixi abidələrlə tanış olmuşlar. Onlar Respublikamızın bütün bölgələrində olduğu kimi Naxçıvan Muxtar Respublikasının da surətlə inkişaf etdiyini öz gözləri ilə görmüş, xoş təəssüratla geri qayıtmışlar. Ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz İlham Əliyev Cənablarına səmimi təşəkkürümüzü bildiririk.