Novruz xalqımızın milli bayramıdır.

14-19.03.2016 cı il tarixlərdə Bakı şəhəri Səbail rayonu 236№- li tam orta məktəbdə Xalqımızın milli bayramı olan Novruza həsr olunmuş tədbirlər keçirildi.I-IX siniflər arasında xonça müsaqibəsi, şeir müsaqibəsi keçirildi. Novruza aid divar qəzetləri, bülletlenlər buraxıldı. Məktəbin ətrafında yaşayan imkansız ailələrə bayram xonçaları göndərildi. Hər il olduğu kimi bu il də “N” saylı Hərbi hissədə olan əsgərlərə xonçalar göndərildi, şagirdlərin əsgərlərə təbrik məktubu çatdırıldı. “Xalqımızın adət ənənələrini yaşadaq” mövzularında sinif saatları təşkil olundu. Şagirdlər arasında futbol, basketbol və voleybol yarışları keçirildi. 19 mart 2016- cı il tarixdə məktəbin akt zalında keçirilən tədbirlərə yekun vuruldu. Milli geyimdə olan şagirdlərimizin rəqsləri, şeirləri, keçəl və kosanın oyunları, bahar qızın təbrikləri tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılandı. Tədbirdə Qəsəbə İcra nümayəndəsinin üzvləri, Bələdiyyə üzvləri və ağsaqqalları iştirak etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi