“Valideynin məktəbdə bir günü” layihəsi davam edir

Mayın 29-da məktəbdə "Valideynin məktəbdə bir günü" layihəsi çərçivəsində valideynlərlə sinif otaqlarında növbəti görüşlər keçirilib. İlk öncə valideynləri məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Sevda Rüstəmova qarşılayıb, geniş söhbətlər aparıb, fikir və təkliflərini dinləyib və onları maraqlandıran sualları cavablandırıb.

Sevda Rüstəmova qeyd edib ki, hər bir ailənin məktəblə əməkdaşlığı məktəbin də hər bir ailə ilə sıx əlaqəsi məktəb-ailə tərbiyəsini dərk edilən və düzgün qoyulan vəzifələrini müvəffəqiyyətlə yerinə yetirmək üçün ən zəruri şərtlərdəndir.

Daha sonra valideynlər məktəb mühiti ilə tanış olub, onların iştirakı ilə tədris prosesini izləmək üçün dərs müşahidələri keçirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi