Rəsm sərgisində fəallıq göstərib

Mayın 23-də Səbail rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 28 May-Respublika Gününə həsr olunmuş "Azərbaycanım" adlı rəsm sərgisi keçirilib.

Rəssamlıq istedadına malik olan uşaqların yaradıcılığını və bədii zövqünü inkişaf etdirmək, uşaqlarda əhatə olunduqları mədəni mühitə münasibət formalaşdırmaq və ona yanaşma tərzini təkmilləşdirmək, doğma el-obaya, Vətənə məhəbbət hissini aşılamaq məqsədi ilə elan olunmuş rəsm müsabiqəsində məktəbin 3 "C" sinif şagirdi Zəhra Məmmədli fəal iştirakına görə fəxri fərmanla təltif olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi