Muzeylərə və tarixi məkanlara ekskursiyalar təşkil edilib

Mayın 15-18-də 18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə “Muzeylər və Nəsimi irsi” proqramı üzrə məktəb şagirdlərinin müxtəlif tarixi məkanlara və muzeylərə ekskursiyaları təşkil edilib.

Şagirdlər Heydər Əliyev Mərkəzi, “İçərişəhər” və “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq qoruqları, Qobustan Dövlət Tarix-Bədii Qoruğu, Üzeyir Hacıbəylinin ev-muzeyi, Miniatür Kitab Muzeyi, Şirvanşahlar Sarayı Kompleksi, “Qala” Dövlət Arxeoloji-Etnoqrafiya Qoruğu, Azərbaycan Milli İncəsənət Muzeyi və digər məkanlara ekskursiya ediblər.

Məktəblilər ekskursiya çərçivəsində muzeylərin kolleksiya fonduna tamaşa edib, onlara ölkə əhəmiyyətli tarixi abidələr və eksponatlar barədə ətraflı məlumatlar verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi