İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilən ədəbi-bədii tədbir keçirilib

Mayın 17-də məktəbin akt zalında məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Sima İmaməliyeva, Şəhla Zeynalova və məktəbin kitabxana müdiri Mətanət Salmanovanın təşkilatçılığı ilə Azərbaycan xalqının ədəbi və fəlsəfi fikir tarixində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilən "İki cahana sığmayan fəlsəfə" adlı ədəbi-bədii tədbir keçirilib.

Tədbirdə Badamdar qəsəbə nümayəndəsinin sədri  Natiq Abbasov, Badamdar bələdiyyəsinin sədri Təzəxan Məmmədov, üzvlərdən Rauf Mayılov, məktəb rəhbərliyi, pedoqoji kollektiv, şagirdlər, valideynlər və digər qonaqlar iştirak ediblər. Dövlət himnimizin səslənməsindən sonra tədbiri giriş sözü ilə açan məktəbin direktoru Xanlar İmaməliyev Prezident İlham Əliyevin dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin Azərbaycan Respublikasında “Nəsimi ili” elan edilməsi haqqında müvafiq sərəncamlarını ölkəmizdə humanist və azad fikrə, ədəbiyyatımıza göstərilən böyük diqqət və qayğının nümunəsi olduğunu deyib. Daha sonra tədbirin təşkilatşısı məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Sima İmaməliyeva İmadəddin Nəsiminin həyatı, milli ədəbiyyatımızda onun yaradıcılığının, fəlsəfi baxışlarının yeri və rolu barədə tədbir iştirakçılarına geniş məlumat verib.

Sonda Badamdar qəsəbə nümayəndəsinin sədri  Natiq Abbasov, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Yaqut Həsənova, tərbiyə işləri üzrə direktor müavini Yaqut İslamova çıxış edərək tədbir ilə bağlı fikirlərini bildirib, onu yüksək qiymətləndiriblər.

Şagirdlərin ifasında İmadəddin Nəsiminin qəzəllərinin söylənilməsi və onların şairin məhkəmə səhnəsini canlandırmaları tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi