“Əbədiyaşar şəxsiyyət” mövzusunda tədbir keçirilib

Mayın 10-da məktəbin ibtidai sinif müəllimi Nailə Qələndərovanın təşkilatçılığı ilə məktəbin akt zalında rəhbərlik etdiyi 4 "C" sinf şagirdlərinin təqdimatında ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş “Əbədiyaşar şəxsiyyət” mövzusunda tədbir keçirilib.

Tədbirdə Badamdar bələdiyyəsinin üzvləri, məktəb rəhbərliyi, pedoqoji kollektiv, şagirdlər və  valideynlər iştirak ediblər. Tədbirdə çıxış edən məktəbin direktoru  Xanlar İmaməliyev qeyd edib ki, ümummilli lider Heydər Əliyev öz xilaskarlıq missiyası, xalqımız qarşısındakı əvəzolunmaz və tarixi xidmətləri ilə hər bir azərbaycanlının qəlbində əbədiyaşarlıq qazanıb.

Tədbirin yüksək səviyyədə təşkilinə görə məktəbin direktoru Xanlar İmaməliyevin təqdimatında məktəbin ibtidai sinif müəllimi Nailə Qələndərovaya  xüsusi "Təşəkkürnamə" təqdim olunub.

Sonda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında film nümayiş etdirilib, şagirdlərin ifasında şeirlər səsləndirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi