"Histoqram" və "Dairəvi diaqram" mövzusunda maraqlı dərs keçirilib

Aprelin 15-də məktəbin riyaziyyat müəllimi Şəhla Əhmədova 6 "E" sinfində riyaziyyat fənnindən "Histoqram" və "Dairəvi diaqram" mövzusunda daha bir maraqlı və nümunəvi dərs aparıb.

Şəhla Əhmədova şagirdlərə müxtəlif məlumatların xətti qrafiklərlə təqdiminə aid  tapşırıqlar verib, qəzet və jurnallardan qrafiklər seçib gətirmələrini tapşırıb. Şagirdlər cədvəllə və sözlə verilmiş məlumatları qrafiklə təqdimetməni bacarıb, qrafik məlumatı sözlə təqdim edib və eyni zamanda dairənin müxtəlif hissələrini təxmini olaraq adi kəsrlə ifadə etməyi bacarıblar.

Qrafiki üzrə şagirdlər verilən suallara cavab verib və yeni məlumatlar müəyyənləşdiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi