“Nəcəf bəy Vəzirov-165” adlı ədəbiyyat saatı keçirilib

Aprelin 12-də məktəbin 8 "C" sinfində böyük dramaturq, yazıçı, ictimai xadim Nəcəf bəy Vəzirovun anadan olmasının 165 illiyinə həsr edilmiş ədəbiyyat  saatı keçirilib.

Məlumat saatında Səbail  rayon  Mərkəzləşdirilmiş Kitabxana Sisteminin  6 saylı  filialının əməkdaşı Fəxriyyə Qasımova çıxış edərək Nəcəf bəy Vəzirovun həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib.  Bildirilib ki,  bütün ictimai fəaliyyəti və ədəbi yaradıcılığı ilə milli peşəkar teatrımızın yaradıcılarından və ilk teatr tamaşasını hazırlayanlardan, həm də onun iştirakçılarından biri olan Nəcəf bəy Vəzirov Azərbaycan ədəbiyyatında faciə janrının əsasını qoyub və maarifçilik hərəkatının genişlənməsində yaxından iştirak edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi