Şahmat üzrə Bakı birinciliyində qalib gəlib

Martın 29-da Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 8 yaşadək oğlanlar arasında şahmat üzrə Bakı birinciliyi keçirilib.

Daim öz rəqiblərini mat qoyan məktəbin ikinci sinif şagirdi Paşam Əlizadə çempionluq uğrunda sona qədər mübarizə apararaq birinci yerə layiq görülüb. O, diplom, xatirə medalı və qiymətli hədiyyələrlə təltif edilib.

Paşam Əlizadənin növbəti qalibiyyətini məktəb rəhbərliyi,  sinif rəhbəri Gülnarə Zeynalova və Paşamın sinif yoldaşları böyük coşqu ilə qarşılayıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi