“Elm günü” münasibətilə şagirdlər elmi-maarifləndirici sərgidə iştirak edib

Martın 28-də məktəbin bir qurp şagirdləri AMEA Mərkəzi Nəbatat Bağında “Elm günü”nə həsr olunan "Qafqaz florasının nadir bitkiləri” adlı elmi-maarifləndirici sərgidə iştirak edib.

Müəllimlər və bələdçilər ölkə başçısı tərəfindən “Elm günü”nün təsis edilməsinin əhəmiyyəti, şəhərin bugünkü elmi potensialı barədə məlumat verib. Qeyd edilib ki, ölkəmizdə “Elm günü”nün təsis olunması elmə dövlət səviyyəsində böyük əhəmiyyət verilməsinin bariz göstəricisidir.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il aprelin 9-da imzaladığı Sərəncamla martın 27-si ölkəmizdə “Elm günü” kimi qeyd olunur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi