“Narkomaniya məktəblilərin gözü ilə” adlı rəsm sərgisi keçirilib

Martın 28-də məktəbin tərbiyə işləri üzrə direktor müavini Yaqut İslamovanın təşəbbüsü və təşkilatçılığı ilə məktəbin foyesində “Narkomaniya məktəblilərin gözü ilə” adlı rəsm sərgisi keçirilib.

Yaqut İslamova məruzəsində şagirdlərə narkomaniyanın törətdiyi fəsadlardan danışıb. Narkomaniyanın insanları sağalmaz xəstəliklər məngənəsində boğan "ağ ölüm" olduğunu bildirərək bu barədə geniş məlumat verib.

Məktəbin müəllim və şagird heyəti əl işləri ilə yaxından tanış olublar.

Sonda müsabiqədə iştirak edən şagirdlərə diplom və hədiyyələr təqdim edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi