Novruz bayramına həsr olunmuş idman yarışı keçirilib

Martın 19-u məktəbin idman zalında “Çeviklik qabiliyyətinin təkmilləşdirilməsi” mövzusunda məktəbin 5 “E” və 5 “Ə” sinif şagirdləri arasında Novruz bayramına həsr olunmuş məktəbdaxili idman yarışı keçirilib.

Yarışa Azərbaycanın dövlət himninin səslənməsi və komandaların təntənəli keçidi ilə start verilib. Yarışın lazımi səviyyədə keçirilməsi üçün bütün imkanlar yaradılıb.

Komandalar  verilən tapşırıqların öhdəsindən maksimum gəlməyə çalışıb. 

“Hədəf” və “Qaliblər” komandaları arasında finalda qalibiyyət uğrunda gərgin mübarizə gedib.

Gərgin keçən mübarizədə “Hədəf” komandası qalib gələrək yarışın kubokunu qazanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi