IX sinif şagirdləri üçün növbəti sınaq imtahanı keçirilib

Martın 16-da məktəbdə IX sinif şagirdlərinin Ana dili, riyaziyyat və xarici dil fənləri üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə səviyyəsinin öyrənilməsi və şagirdlərin pedaqoji-psixoloji cəhətdən buraxılış imtahanlarına hazırlığının təmin edilməsi məqsədilə növbəti sınaq qiymətləndirilməsi aparılıb.

Monitorinqdə nəzarətçi-müəllimlər məktəb rəhbərliyi tərəfindən qeyri-ixtisas fənlərindən təyin olunub. Hər bir fənn üzrə 30 sual olmaqla 2 variantda sual kitabçaları tərtib olunub. Şagirdlərə cavab kartlarının doldurulması qaydası əvvəlcədən sinif rəhbərləri tərəfindən izah  olunduğuna görə heç bir çətinlik yaranmayıb. İmtahan vaxtında yekunlaşıb və nəzarətçi-müəllimlər tərəfindən imtahanın şəffaf keçirilməsinə xüsusi nəzarət olunub. Monitorinqdə IX siniflərdə oxuyan 125 nəfər şagirdin hər biri iştirak edib.

Sınaq qiymətləndirilməsi saat 10 00- da başlayıb, 12 45- də başa çatıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi