Gənc kimyaçıların yaradıcılıq müsabiqəsinin final mərhələsi keçirilib

Martın 6-da Bakı Ali Neft Məktəbində paytaxt məktəblilərinin və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında gənc kimyaçıların yaradıcılıq müsabiqəsinin final mərhələsi keçirilib. İştirakçılar final mərhələsində 2 akademik saat ərzində 30 sualdan ibarət test tapşırığını, 2 məsələni  və  1 təcrübə  işini  yerinə yetiriblər.

Müsabiqənin final mərhələsində Səbail rayonu üzrə 236  nömrəli tam orta məktəbin  komandası da  müvəffəqiyyət qazanaraq III mərhələdə iştirak etmək hüququ qazanıb. Finala vəsiqə qazanmış  komanda üzvlərinə sertifikatlar təqdim olunub.

 Müasabiqənin keçirilməsində əsas məqsəd şagirdlərin kimya fənninə olan marağının daha da artırılması, onların bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi və eyni zamanda istedadlı şagirdlərin aşkara çıxarılmasından ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi