Kikboksinq üzrə Bakı şəhər birinciliyində qaliblər sırasında olub

Martın 3-də Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Hövsan Olimpiya İdman Kompleksində 5 Mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş kikboksinq üzrə kadetlər arasında Bakı şəhər birinciliyi keçirilib.

18 idman klubunu təmsil edən 268 idmançının mübarizə apardığı yarışda məktəbin 3 "Ə" sinif şagirdi Azad Verdiyev III yeri tutaraq diplom və medalla təltif olunub.

Qeyd edək ki, bu, məktəblinin ilk uğuru deyil. Azad Verdiyev bir çox idman yarışlarında müvəffəqiyyətlə iştirak edib və müvafiq dərəcəli diplomlar və medallarla təltif olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi