Balaca fırça ustasının rəsm əsərləri sərgilənib

Martın 1-də məktəbin foyesində məktəbin texnologiya müəllimi Nailə Fataxovanın təşəbbüsü ilə məktəbin 8 "Ə" sinfində təhsil alan Amin Əliyevin rəsm əsərləri sərgilənib.

Sərgidə milli natürmortlar, təbiət mövzuları, heyvanların və quşların qrafik təsvirləri çox uğurlu ifadə olunub.

Müəllimlər və şagirdlər balaca fırça ustasının rəsm sərgisi ilə tanış olub.

Təşkil olunan sərginin əsas məqsədi  məktəbdə təhsil alan istedadlı və bacarıqlı şagirdləri üzə çıxararaq onlara mənəvi dəstək verməkdən ibarət olub. 

Onu da qeyd edək ki, sərgi iki gün məktəbin şagirdləri üçün açıq qalacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi