Çörək zavoduna ekskursiya təşkil olunub

Fevralın 28-də məktəbin ibtidai sinif müəllimi Səadət Həsənovanın təşəbbüsü və təşkilatçılığı ilə rəhbərlik etdiyi 4 “Ç” sinif şagirdlərinin çörək zavoduna ekskursiyası təşkil olunub.

Zavodun əməkdaşları şagirdlərə çörəyin bişirilmə texnologiyası haqqında geniş məlumat verib. Gün ərzində çörək zavodunun əməkdaşları istehsalat sahəsində olan təmizliyi, bişirilən məhsulları şagirdlərə nümayiş etdirib.

Şagirdlər zavodda hazırlanan çörək və çörək-bulka məmulatlarının nümunələrinə baxıblar. Daha sonra şagirdlər hazırlanan məhsulların dadına baxıblar.

Sonda birlikdə xatirə şəkli çəkdiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi