"Son zəng" çalınıb

   Respublikamızın bütün guşələrində olduğu kimi Y.Əliyev adına 235 nömrəli tam orta məktəbdə də "Son zəng" tədbiri keçirilib. "Son zəng" tədbirində iştirak edən PİH-nin əməkdaşları və Pirallahı Rayon Ağsaqqallar Şurasının sədri Fazil Məhəmmədov məzunları əlamətdar gün münasibətilə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun təbriklərini çatdırıblar.

  "Son zəng" tədbirində müəllimlər, valideynlər, qonaqlar məzunlara öz ürək sözlərini çatdıraraq onlara uğurlar arzulayıblar. 

   Sonda onbirincilər məktəbin simvolik Bilik açarını birincilərə təqdim ediblər. Tədbir səslənən son zəngin sədaları altında sona çatıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi