"Ulduz yağışı" adlı tədbir keçirilib

    "Əlifba bayramı" hər bir uşağın həyatında əlamətdar bir gündür. Birincilər bu gün həyatda ən vacib addımlardan birini atıblar. Onlar artıq hərfləri tanıyır,  sərbəst oxuyurlar. Məktəbə yenicə qədəm basmış birincilər böyük inam və sevinclə müəllim və valideynlər qarşısında çıxış ediblər. İl ərzində əlifba, riyaziyyat  elmindən nələri öyrəndiklərini nümayiş etdirib, kurikulum standartlarına uyğun olaraq jest və mimikalardan istifadə edərək "Qoğal" və "Turp" nağılını nümayiş etdiriblər. Oğlanların ifasında "Əsgər marşı"  və qızların ifasında "Cücələrim "rəqsi nümayiş olunub.

     Tədbirin sonunda məktəbin direktoru Şahin Allahverdiyev  şagirdlərə 1-ci sinfi bitirdiyinə və məktəbin ictimai işlərində fəal iştirak etdiklərinə görə tərifnamələr təqdim edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi