Azərbaycanın şimal bölgəsinə ekskursiya təşkil olunub

    İyunun 8-də Yavər Əliyev adına 235 nömrəli tam orta məktəbin "Kiçik Akademiya"sının müəllim və şagird heyətinin Azərbaycanın şimal bölgəsinə:Quba, Qusar  rayonlarına elmi tədqiqat və istirahət xarakterli ekskursiyası təşkil edilib. Akademiya üzvləri əvvəlcə Quba rayonunda olublar. Buranın iqlimi, coğrafi mövqeyi barədə araşdırma aparıblar, eyni zamanda bitki örtüyü və heyvanlar aləmi haqqında ətraflı məlumat toplayıblar. Daha sonra balaca "akademiklər" Qusarda olublar, Şahdağ yüksəkliyinin Şah yaylaq dağının ətəyində yerləşən Laza kəndində olublar, burada Laza şəlaləsinə səfər ediblər. Ekskursiyadan böyük ruh yüksəkliyi ilə geri qayıdan "akademiklər" apardıqları araşdırmaları məqalə və referatlarda qeyd ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi