Pedaqoji Şura iclası keçirildi

 13 sentyabr 2019-cu il tarixində Pedaqoji şuranın növbəti iclası keçirildi. İclası məktəbin direktoru Məhluqə Əzizova açaraq pedaqoji kollektivi yeni tədris ilinin başlanması münasibətilə təbrik etdi.

Pedaqoji Şurarada 2019-2020-ci tədris ilində qarşıda duran vəzifələr, İllik Fəaliyyət planının təsdiq olunması, müəllimlərin dərs yükləri, şagirdlərin siniflər üzrə komplektləşdirilməsi məsələləri müzakirə olundu.

Təhsil Nazirliyinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” 14 avqust 2018-ci il tarixli, F-550 nömrəli əmrində və “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 15 yanvar 2019-cu il tarixli, F-18 nömrəli əmri ilə təsdiq olunmuş Fəaliyyət Planında müəyyən olunmuş hədəflərin yerinə yetirilməsi üzrə işlərin davam etdirilməsi və əlavə tədbirlər haqqında Azərbaycan Respublikası təhsil Nazirinin 30.08.2019-cu il F-531 nömrəli əmri kollektivə çatdırıldı.

Daha sonra Azərbaycan dili və Ədəbiyyat fənn metodbirləşmə sədri Kəminə Zalova “Təhsilin keyfiyyətinin artırılması mexanizimləri”, riyaziyyat üzrə Günel İsmayılova “KSQ və BSQ-lərin məzmun standartlarına uyğunluğu”, xarici dil üzrə Şəhla Müseybova “Təlimdə geri qalan şagirdlərlə işin aparılması” mövzusunda təqdimatlar dinlənildi. Mövzular üzrə müzakirələr aparıldı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi