"İNSAN HÜQUQLARI" MÖVZUSUNDA XÜSUSİ DƏRS

18 iyun Azərbaycanda Milli İnsan Hüquqları günü kimi qeyd olunur. Prezident İlham Əliyevin 2007-ci il 17 iyun tarixli Fərmanı ilə ulu öndər Heydər Əliyevin 1998-ci ildə ölkəmizdə ilk "İnsan hüquqları müdafiəsinə dair Dövlət Proqramı"nın təsdiq edildiyi və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən olunduğu nəzərə alınaraq Azərbaycanda Milli İnsan Hüquqları günü təsis edilib.
Bu münasibətilə məktəbimizin müəllimi Ellada Əhmədova 6c sinfində "İnsan hüquqları" mövzusunda xüsusi dərs keçmişdir. Dərsdə şagirdlər fəallıq nümayiş etdirdilər. Onlar qeyd etdilər ki, Azərbaycanda aparılan demokratik hüquqi islahatlar insan hüquqlarının müdafiəsi sahəsində mühüm irəliləyişlərin əldə edilməsinə şərait yaratmış, bu müddət ərzində ölkəmiz bir çox hüquqi aktlara qoşulub. BMT və Azərbaycan hökuməti arasında 1998-ci ilin avqustunda "İnsan hüquqları və demokratiyanın dəstəklənməsi sahəsində birgə layihə haqqında" Memorandum imzalanıb. 
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2006-cı il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı" təsdiq edilmişdir. Həmin Sərəncamda qeyd edilir ki, Azərbaycanda müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Həmçinin, ölkə başçısının 18 iyun 2007-ci il tarixli sərəncamı ilə hər ilin iyun ayının 18-nin Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi qeyd edilməsi qərara alınmışdır

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi