AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ "BREYN RİNQ" YARIŞI KEÇİRİLDİ

31 may 2018-ci il tarixində Fuad Fərhadoğlu adına 230 nömrəli tam orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə hər olunmuş məktəblilərarası “Breyn rinq” intellektual yarışı keçirilmişdir. Yarışda Xəzər rayonundan 120, 206, 230, 234 nömrəli tam orta məktəbləri, Sabunçu rayonundan isə 69, 113, 259, 311 nömrəli tam orta məktəblərin komandaları iştirak edirdi. 
Yarışın münsifləri qismində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumtəhsil sektorunun aparıcı məsləhətçisi Əfqan İsgəndərov, iştirakçı komandaların məktəb direktorları və Xəzər rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Rəşad Rəhimov iştirak edirdi. 
Tədbir Dövlət Himninin ifası ilə açıq elan olundu. Sonra açılış üçün Əfqan müəllimə söz verildi. O, Cümhuriyyətin yaranma tarixindən bəhs etdi və yarış iştirakçılarına uğurlar arzuladı. Obyektivliyi qorumaq üçün yarışın suallarını Xəzər rayon Gənclər və İdman idarəsi hazırlamışdı.
Yarışdan əvvəl 230 nömrəli tam orta məktəbin istedadlı şagirdlərinin ifasında “Dostluq himni” səsləndi.
Yarışın reqlamentinə əsasən ilk olaraq Sabunçu və Xəzər rayon məktəbləri püşkatma nəticəsində üz-üzə gəldilər. Gərgin mübarizə şəraitində keçən yarışdan 206, 230, 234, 259 nömrəli tam orta məktəbin komandaları yarımfinala vəsiqə qazandılar. Gərgin keçən yarımfinal qarşılaşmalarından sonra 230 və 234 nömrəli tam orta məktəbin komandaları finalda yarışmaq hüququ qazandılar. Finalda bilik və bacarıqlarını tam ortaya qoyan 230 nömrəli tam orta məktəbin komandası yarışın qalibi oldu. 234 nömrəli tam orta məktəb ikinci yerə, 206 nömrəli tam orta məktəbin komandası üçüncü yerə, 259 nömrəli tam orta məktəbin komandası isə həvəsləndirici yerə layiq görüldülər. Sonda “Breyn rinq”in iştirakçıları diplom və Azərbaycan Dram Teatrının tamaşasına biletlə mükafatlandırıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi