1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. BMT Baş Assambleyasının 1950-ci il iyunun 1-də təşkil etdiyi qadınların beynəlxalq konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin konfransda da iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb.Bundan sonra həmin gün uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. 
Bu gün 230 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi Sevinc Səfərovanın 1ç sinfi 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş tədbir təşkil etmişdilər. Şagirdlərin ifasında şeirlər səsləndi, mahnılar ifa olundu, rəngarəng rəqslər təqdim edildi. Şagirdlərin çıxışı valideylər və tamaşaçıların alqışları ilə müşayət olundu. 
Sonda çıxış edən məktəbimizin direktoru Təhmasib Məmiyev uşaqları təbrik edərək vurğulayıb ki, uşaqlar bizim gələcəyimizdir.O, çıxışında bildirib ki, tarix boyu hər bir dövlət, hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab edib. Azərbaycan dövləti də bu mühüm məsələyə qayğı ilə yanaşır. Bu gün müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə əhatə olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi