“Müstəqil dövlətimiz Xalq Cümhuriyyətinin varisidir” adlı tədbir təşkil olunmuşdur

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmri əsasında hazırlanan “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi barədə” tədbirlər planına əsasən məktəbimizdə geniş miqyaslı tədbirlər həyata keçirilmişdir. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin yubileyi ilə əlaqədar elmi kitablardan və müxtəlif nəşrlərdən ibarət guşə yaradılmış, divar qəzetləri, fotostendlər hazırlanmışdır. “Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə və Müsəlman dünyasında ilk parlamentli demokratik respublikadır” mövzusunda seminarlar, mühazirələr, “açıq dərs”lər, “dəyirmi masa”lar təşkil olunmuşdur. “Cümhuriyyət ili” Azərbaycan Dövlətinin və xalqının Cümhuriyyət qurucularına dərin hörmət və ehtiramının ifadəsidir” mövzusunda sənədli filmlər nümayiş olunmuşdur. Şagirdlərimizin Azərbaycan Xalq Cümhuriyyəti İlə bağlı tarixi yerlərə və muzeylərə ekskursiyaları təşkil olunmuşdur. 
Bu tədbirlərin yekunu olaraq 24 may tarixində məktəbimizin tarix müəllimi Elzamin Həsənovun təşkilatçılığı ilə “Müstəqil dövlətimiz Xalq Cümhuriyyətinin varisidir” adlı yekun tədbir təşkil olunmuşdur. Tədbirə qonaq qismində 206 nömrəli tam orta məktəbin direktoru Mirnağı Nəzərli, 234 nömrəli tam orta məktəbin direktoru Könül Məmmədli, 120 nömrəli tam orta məktəbin direktoru Kamran İsalı da dəvət olunmuşdur.
Əvvəlcə qonaqlar məktəbdə yaradılan Azərbaycan Tarixi Muzeyi ilə tanış oldular. Tədbir dövlət himninin səsləndirilməsi ilə başladı. Şagirdlər hazırladıqları şeir, musiqi, rəqs nümunələri ilə çıxış etdilər. Şagirdlərin maraqlı çıxışları alqışlarla qarşılandı. daha sonra çıxış edən qonaqlar Cümhuriyyətin yaranma tarixinə nəzər salaraq qeyd etdilər ki, 28 may tarixinin Azərbaycan xalqının dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmışdır. 1918-ci ilin 28 may tarixində əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın dövlətçilik ənənələrində şanlı bir səhifə olmaqla yanaşı, onun demokratik ənənələrə sadiqliyinin, azadlıq ruhunun, insanların və millətlərin haqq və hüquqlarına hörmət və ehtiramının təntənəsi olduğu vurğulandı. Sonda çıxış edən məktəbimizin direktoru Təhmasib Məmiyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində beynəlxalq aləmdə və regionda baş verən proseslərdən bəhs edərək bildirib ki, xalqımızın maarifpərvər ziyalıları, dövrün siyasi xadimləri, yazıçı və şairləri daim milli kimliyimizin, dövlətçilik ənənələrimizin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində gərgin mübarizə aparıblar. Bu mübarizənin nəticəsi olaraq 1918-ci ilin 28 mayında elan olunan Azərbaycan Xalq Cumhuriyyəti tarixin ən çətin dövründə üzərinə götürdüyü şərəfli missiyanı uğurla yerinə yetirdi. Qısa zaman kəsiyində milli kadrlar önə çəkilərək ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı və ermənilərin ölkəmizin qərbində, xüsusilə Qarabağ bölgəsində həyata keçirdiyi işğalçılıq siyasətinə son qoyuldu və sərhədlərimiz müəyyənləşdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi