22 may-Beynəlxalq Biomüxtəliflik Günü

22 may-Beynəlxalq Biomüxtəliflik Günü ilə əlaqədar məktəbimizin şagirdləri planlı şəkildə bir sıra işlər gördülər. Kağızları təkrar emal üçün topladılar, güllərə, ağaclara qulluq etdilər. Dünya miqyasında planetin bioloji irsinin mühafizəsi məqsədilə 1992–ci ildə Keniyanın Nayrobi şəhərində əsası qoyulmuş Bioloji Müxtəliflik haqqında Beynəlxalq Konvensiyaya Azərbaycan Respublikası 2000–ci ildə qoşulmuşdur.
Konvensiyanın təməl prinsiplərinə uyğun olaraq, ötən dövr ərzində respublika ərazisində bioloji müxtəlifliyin qorunması ilə bağlı xüsusi mühafizə olunan təbiət ərazilərinin mövcud şəbəkəsi genişləndirilmiş, yeni milli parklar, dövlət təbiət qoruqları yaradılmış, xüsusi mühafizə olunan təbiət ərazilərində mühafizə rejiminin gücləndirilməsi, bu sahədə hüquqi bazanın möhkəmləndirilməsi və mövcud qanunvericiliyin beynəlxalq hüquq normalarına uyğunlaşdırılması istiqamətində müvafiq tədbirlər görülmüşdür.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi