Şagirdlərimiz Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğuna ekskursiya etmişlər

18 may - Beynəlxalq Muzeylər Günü ərəfəsində ölkəmizdə “Məktəblilər üçün muzey həftəsi” keçirilir. Belə ki, həftə çərçivəsində şagirdlərimizin müxtəlif tarixi abidələrə, muzeylərə ekskursiyası təşkil olunmuşdur. Bu baxımdan 17 mart tarixində məktəbimizin 3c sinif şagirdləri Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğuna ekskursiya etmişlər.
Şagirdlərimiz Azərbaycanın tarixi və etnoqrafiyası ilə yaxından tanış olmuş, dəmirçilik, xalçaçılıq emalatxanalarında peşə ustalarinin iş proseslərini izləyiblər.
Xalqımızın mədəni tarixini və irsini daha da dərindən öyrənmək, mədəniyyətimizi təbliğ etmək, gənc nəsildə incə estetik zövq formalaşdırmaq məqsədi ilə təşkil olunmuş ekskursiyada şagirdlərə dünyanın və Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olan Abşeron yarımadasının şimal-şərqində yerləşən Qala kəndi və 2008-ci ildə Heydər Əliyev Fondu tərəfindən Qala DövlətTarix-Etnoqrafiya Qoruğunun ərazisində açıq səma altında yaradılan Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi haqqında məlumat verildi. Bildirildi ki, açıq səma altında olan bu muzeydə 200-dən çox arxeoloji və memarlıq abidələri – qəribə kurqanlar, qədim yaşayış məskənləri, minillik qəbirlər aşkar edilmişdir. Tarixi eksponatlarla zəngin olan bu məkan şagirdlərin böyük marağına səbəb oldu, bir daha Qala Dövlət tarix-etnoqrafiya qoruğunun xalqımızın tarixi, milli və mədəni dəyərlərinin mühafizə edilməsi, bərpası həmçinin, onların təbliği sahəsində əhəmiyyətli olduğunun şahidi oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi