AMEA Dendrologiya İnstitutuna ekskursiya təşkil olundu

18 may - Beynəlxalq Muzeylər Günü ərəfəsində ölkəmizdə növbəti dəfə “Məktəblilər üçün muzey həftəsi” keçirilir. Belə ki, həftə çərçivəsində şagirdlərimizin müxtəlif tarixi abidələrə, muzeylərə ekskursiyası təşkil olunmuşdur. 
16.05.2018-ci il tarixində məktəbimizin bir qrup şagirdlərinin biologiya müəllimi Mehriban Qafarovanın rəhbərliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutuna ekskursiyası təşkil olundu. Burada şagirdlərə İnstitutun yaranma tarixi, sahəsi, bitkilər aləmi haqqında ətraflı məlumat verilmişdir. Şagirdlər Azərbaycanın endemik bitkiləri olan ipək akasiya, Eldar şamı, şabalıdyarpaq palıd və digər bitkilərlə əyani şəkildə tanış oldular. Həmçinin şagirdlərə topladıqları yarpaq nümunələrindən herbari hazırlamaq tapşırıldı. Şagirdlər gəzintidən xoş təəssüratla ayrıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi