Məktəbimizdə aprel döyüşlərinə həsr edilmiş hərbi-vətənpərvərlik mövzusunda tədbir keçirilmişdir.

Geniş və maraqlı reqlamentə sahib tədbir böyük çoşğu və maraqla izlənmişdir. Belə ki, tədbirdə məktəblilərin vətənpərvərlik ruhunda hazırladiqları şeirlər, hərbi parad, igid döyüşçülərimizin döyüş taktikalarının nümayişi yer almışdır.
Giriş sözüylə tədbiri açıq elan edən məktəbimizin direktoru Təhmasib Məmiyev aprel döyüşlərinin xalqımızın şanlı tarixində qəhrəmanlıq və şücaət simvolu kimi xüsusi iz buraxdığını qeyd etmiş, təşkil olunan tədbirin aprel döyüşlərinin yaddaşlarda qalması və geniş kütlələrə çatdırılması, həmçinin məktəblilərin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində rolunu yüksək qiymətləndirmişdir.
Daha sonra aprel döyüşlərində vətəni şücaət və igidliklə qoruyan qəhrəman oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla anılmışdır. Ardınca çıxış edən məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Tural Hətəmov qeyd etmişdir ki, xalqımız igid oğullarımızın ruhu qarşısında daim baş əyir və məktəblilərimiz də onları unutmamalı və daim xatırlamalıdırlar.
Məktəbimizin tarix müəllimi Qərənfil Əsədova döyüşlər haqqında geniş məlumat vermiş, əldə olunan strateji nöqtələri, yüksəklikləri sadalamış, məktəblilərin diqqətinə çatdırmışdır. Qeyd etmişdir ki, aprel döyüşləri mənfur düşmənimizə Azərbaycan ordusunun, Azərbaycan əsgərinin qüdrətini, gücünü bir daha nümayiş etdirdi, düşmənin gözünü qorxuya saldı və onların böyük itkisiylə nəticələndi.
Daha sonra şagirdlər hərbiçilərin döyüş səhnəsi nümayiş etdirdilər və Azərbaycanın üçrəngli bayrağını başları üzərində dalğalandırdılar. Sonda Şagirdlər böyük coşğu ilə "Ana yurdumuz" və "Ana salamat qal" mahnılarını ifa etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi