"LÜTFİ ZADƏ ADINA MƏKTƏBLİLƏRARASI III MƏNTİQ OLİMPİADASININ KEÇİRİLMƏSİ BARƏDƏ ŞAGİRDLƏR MƏLUMATLANDIRILDI

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən son dövrlərdə aparılan 
islahatlara, Milli Kurikulum proqramının tətbiqi və proqrama uyğun nəşr olunmuş məktəb 
dərsliklərinə, DİM və xarici ölkələrdə ali təhsil ocaqlarına aparılan qəbul sistemi 
tərəfindən qoyulmuş tapşırıqların həllinə nəzər salarkən bir başa məntiqi təfəkkür və
məntiqi yanaşmanın tələb olunduğu görünür. Eyni zamanda beynəlxalq olimpiadalar, 
respublika fənn olimpiadalarında da iştirakçıların uğur qazanması onların məntiqi 
təfəkküründən də asılıdır. Bu kimi hallar bir daha təsdiqləyir ki, məntiqi təfəkkür, məntiqi 
çalışma və tapşırıqları həll etmə vərdişləri şagirdlərdə kiçik yaşlardan inkişaf 
etdirilməlidir. Odur ki, davamlı yarışlar, müsabiqələr və olimpiadaların keçirilməsi bu 
vərdişlərin formalaşmasına xidmət edir. Əldə edilmiş uğurlu nəticəni əsas götürərək
“Lütfi Zadə adına Məktəblilərarası III Məntiq Olimpiadası” bu istiqamətdə atılacaq uğurlu 
addımlardan biridir.
Bu gün 230 nömrəli tam orta məktəb rəhbərliyi məktəbin 5-6-cı sinif şagirdləri ilə görüş keçirilmişdir. Görüşdə şagirdlərə "Lütfi Zadə adına Məktəblilərarası III Məntiq Olimpiadası" haqqında geniş məlumat verilmişdir. Həmçinin "Lütfi Zadə adına Məktəblilərarası II Məntiq Olimpiadası"nda fəal iştirak edərək yaxşı nəticə göstərən şagirdlər Təhsil İdarəsinin sertifikatları ilə mükafatlandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi