MƏKTƏBİN HƏYƏTYANI SAHƏSİNDƏ MÜXTƏLİF BİTKİLƏR BECƏRİLİR

Məktəbimizin həyətyanı sahəsində abadlıq işləri davam edir. Yeni ağaclar və güllər əkilir, onlara qulluq edilir. Bu işdə həm məktəbin texniki işçiləri, həm müəllimlər, həm də şagirdlər fəal iştirak edirlər. Qeyd etdiyimiz kimi eyni zamanda bu ildən etibarən məktəbin istifadəsiz qalan münbit torpaqlarında müxtəlif tərəvəz məhsulları- göy-göyərti, kartof, kələm, soğan, qarğıdalı, pomidor, xiyar, kök, çuğundur və s. əkilmiş və vaxtaşırı onlara qulluq edilir. 
Uşaqları bu kimi işlərə yönəltməkdə məqsəd onları əməksevər bir insan kimi yetişdirməkdən ibarətdir. Həmçinin məktəbin əsas vəzifələrindən biri şagirdləri əməkdə və ictimai fəaliyyətdə fəal iştirak etməyə hazırlamaq, gələcəkdə onların şüurlu surətdə peşə seçməsini təmin etmək və həyatda onların bir insan kimi formalaşmasına kömək etməkdən ibarətdir. Təlimin əməklə əlaqələndirilməsinin məqsədi şagirdlərdə təsərrüfatçılıq vərdişlərinin yaranmasına nail olmaqdır. Məlumdur ki, təbiətlə əmək vəhdət təşkil edir. Əgər insanın kiçik yaşlarından təbiətə məhəbbəti olmazsa, o, əməyi sevməyəcəkdir. Çünki kiçikyaşlı uşaqlar əməyə çox meyilli olurlar. Əgər valideyn, yəni ata evdə hər hansı bir işi görürsə, uşaq onun yanından ayrılmaq istəmir. Ona görə də uşaqları həvəsləndirmək və əməyə alışdırmaq üçün yaşına uyğun olan işləri onlara tapşırmaq lazımdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi