Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş "Şən startlar" idman yarışı keçirilmişdir

   “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi barədə” Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
   Tədbirlər planına əsasən bu gün məktəbimizdə ibtidai siniflər arasında "Şən startlar" idman yarışı keçirilmişdir. 
   Yarışdan əvvəl iştirakçılara Azərbaycan Xalq Cümhuriyyətinin tarixi haqqında məlumat verildi və qeyd edildi ki, 1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisə baş vermiş, Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurulmuşdur. Cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoymuş, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlamışdır. 
   Sonra yarışa start verilmiş və yarış maraqlı və gərgin idman mübarizəsi şəraitində keçmişdir. Sonda qaliblər mükafatlandırılmışdır

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi